Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Koşta: Azərbaycanla Ermənistan arasında sülh Orta dəhlizin inkişafı üçün həlledici əhəmiyyət daşıyır
SİYASƏT

Koşta: Azərbaycanla Ermənistan arasında sülh Orta dəhlizin inkişafı üçün həlledici əhəmiyyət daşıyır

05 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan-Ermənistan sülh prosesində irəliləyiş TransXəzər nəqliyyat marşrutunun (Orta dəhliz) inkişafı üçün həlledici əhəmiyyət daşıyır.

Paraqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının sədri Antoniu Koşta Qazaxıstanın “Silk Way” telekanalına müzahibəsində deyib.

Onun sözlərinə görə, Aİ yalnız bərpaolunan enerji sahəsinə deyil, həm də ənənəvi enerji daşıyıcıları nəqlinin diversifikasiyasına aktiv şəkildə investisiya qoyur:

“Qazaxıstan Avropa İttifaqına üçüncü ən böyük neft ixracatçısıdır, eyni zamanda, bu, enerji keçidləri üçün çox vacibdir. Çünki Qazaxıstan həm də üçüncü ən böyük uran ixracatçısıdır. Qazaxıstan batareyaların, günəş panelləri saxlanclarının həcminin artırılması, həmçinin işlənməsi, eyni zamanda, energetika sahəsinin yeni erasına lazım olan avadanlıqların hazırlanması üçün çox zəruri xammal ehtiyatlarına malikdir. Bu kontekstdə Orta dəhlizin əhəmiyyəti daha da artır”.

Koşta həmçinin xatırladıb ki, bu ilin aprelində Səmərqənd şəhərində birinci “Avropa İttifaqı – Mərkəzi Asiya” sammiti keçirilib və o çərçivədə strateji vacib marşrut kimi Orta dəhlizin inkişafının sürətləndirilməsi barədə razılıq əldə olunub:

“Bunun sayəsində Azərbaycanla Ermənistan arasında sülhün daha rahat əldə edilməsi mümkün oldu. Bu, Orta dəhlizin inkişafında çox böyük addımdır. Çünki burada əsas ideya yalnız Asiya ilə Avropanı birləşdirmək yox, həm də regiondan keçən TransXəzər marşrutunu Qara dənizə qədər inkişaf etdirməkdir”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Milli Məclis Gənclərlə” tədbirində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib

Next

İlham Əliyev onlara müraciət etdi

Copyright 2026— Praqraf.com. All rights reserved