Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində forumda iştirak edib
SİYASƏT

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində forumda iştirak edib

04 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi noyabın 30-dan dekabrın 4-dək Çinin Quançjou şəhərində keçirilən “Imperial Springs” Beynəlxalq Forumunda iştirak edib.

Paraqraf.com xəbər verir ki, Mərkəz forumun əsas tərəfdaşlarından biri kimi tədbirdə yüksək səviyyəli üzvləri – Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa, BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza, Fortescue şirkətinin İdarə Heyətinin üzvü Jean Baderşnayder, Bosniya və Herseqovinanın sabiq Baş naziri, BMT-də Daimi Nümayəndəsi Zlatko Lagumdziya, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Belçikanın sabiq Baş naziri İv Leterme, BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev ilə təmsil olunub.

Mərkəzin nümayəndələri qlobal idarəetmənin yenidən tənzimlənməsi, iqtisadi dayanıqlıq, texnoloji təhlükəsizlik, yaşıl inkişaf və çoxtərəfli əməkdaşlıq mövzularında diskussiyalara töhfə veriblər.

Qeyd edək ki, Mərkəz “Imperial Springs” Beynəlxalq Forumu ilə uzunmüddətli əməkdaşlığı çərçivəsində qlobal dialoqun təşviqi, sülh və inkişaf naminə çoxtərəfli platformaların qurulması, həmçinin liderlərin birgə fəaliyyətinin dəstəklənməsi istiqamətində fəal rol oynayır.

Xatırladaq ki, “Imperial Springs” Beynəlxalq Forumu qlobal əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli platforma kimi dünya liderlərini, siyasətçiləri, ekspertləri və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirib.

Forumda 30-dan çox ölkədən sabiq dövlət və hökumət başçıları, nüfuzlu şəxslər və tanınmış alimlər iştirak ediblər.

Tədbir çərçivəsində multilateralizm, qlobal təhlükəsizlik, iqtisadi transformasiyalar, iqlim və aşağı karbon inkişafı, texnoloji innovasiyalar, eləcə də 2030 gündəliyinin icrasına dair vacib məsələlər müzakirə olunub.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İraqın rabitə naziri “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub

Next

Ceyhun Bayramov Kaya Kallas ilə görüşüb

Copyright 2026— Praqraf.com. All rights reserved