22 Sen 2026, Ça

Hikmət Hacıyev və Armen Qriqoryan Dohada görüşəcəklər

PAYLAŞIN:

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Qətərdə foruma qatılacaqlar.

Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının ofisi yayıb.

Məlumata görə, hər iki rəsmi “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” adlı panel müzakirələrində iştirak edəcək.

Paraqraf.com

Loading