Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/BMT iclasında Azərbaycanla bağlı rəqəmlər səsləndi: 13,5 milyard dollar nə üçün ayrılıb?
SİYASƏT

BMT iclasında Azərbaycanla bağlı rəqəmlər səsləndi: 13,5 milyard dollar nə üçün ayrılıb?

04 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

“Ötən il Bakıda keçirilmiş COP29-un nəticələri çoxtərəfli əməkdaşlığın gücünü və qlobal iqlim fəaliyyətinin inkişaf etdirilməsində COP Sədrliyi ilə BMT sistemi arasında koordinasiyalı əməkdaşlığın dəyərini bir daha nümayiş etdirdi”.

Paraqraf.com “Report”a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyinin müşaviri Hüsniyyə Məmmədova bu qurumun rezident əlaqələndiriciləri ilə üzv dövlətlər arasında keçirilən iclasdakı çıxışı zamanı deyib.

“Azərbaycan indi 2026-cı ilin may ayında keçiriləcək 13-cü Ümumdünya Şəhər Forumuna, ilk dəfə olaraq Liderlər Sammitinə ev sahibliyi etməyi səbirsizliklə gözləyir”, – müşavir qeyd edib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa-quruculuq prosesi barədə danışan H.Məmmədova son beş ildə bunun üçün 13.5 milyard dollar ayrıldığını diqqətə çatdırıb:

“Son beş ildə Azərbaycan münaqişədən sonrakı minatəmizləmə, yenidənqurma, bərpa və reinteqrasiyanı işğaldan azad edilmiş ərazilərdə prioritetləşdirib. 2021-25-ci illər ərzində bu məqsədlərə 13.5 milyard ABŞ dollarından çox vəsait ayrılıb. Artıq 50 mindən çox insan öz evlərinə qayıdaraq həmin bölgələrdə yaşayır, işləyir və təhsil alır. Bu istiqamətdə ardıcıl fəaliyyət gələcək illərdə də prioritet olaraq davam edəcək”.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Avropada kişi və qadınların qazancı arasındakı fərq açıqlandı

Next

Ancelina Colinin yeni filmi bəlli oldu

Copyright 2026— Praqraf.com. All rights reserved