Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan Emissiya Ticarət Sisteminə dəniz və avtomobil yükdaşımalarını əlavə etmək istəyir
İQTİSADİYYAT

Azərbaycan Emissiya Ticarət Sisteminə dəniz və avtomobil yükdaşımalarını əlavə etmək istəyir

04 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Emissiya Ticarət Sisteminə dəniz və avtomobil yükdaşımaları alt sektorlarının əlavə edilməsinə dair təqdimat keçirilib.

Paraqraf.com xəbər verir ki, təqdimat Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun iclasında keçirilib.

İclasda həmçinin beynəlxalq ticarətin asanlaşdırılması üçün dövlət xidmətlərinin keyfiyyətinə dair hüquqi tənzimlənmələr, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müvafiq infrastruktur sahələrinin yaradılması imkanlarına dair təqdimatlar dinlənilib.

Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının Ticarətin Asanlaşdırılması Strategiyası sənədi üzrə Azərbaycan tərəfindən müvafiq əlaqələndirici orqan kimi “Beynəlxalq ticarət” işçi qrupunun 2025-ci il ərzində fəaliyyəti çərçivəsində atılan addımlar diqqətə çatdırılıb.

Daha sonra işçi qrupun fəaliyyətinə dair “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmə və kommunikasiyanın həyata keçirilməsi barədə 2025-ci il üzrə Yol xəritəsi”nə daxil edilən tapşırıqların icra vəziyyəti barədə müzakirələr aparılıb, müvafiq tövsiyələr verilib.

İşçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev, Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun rəhbəri, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinovun, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən iclasda cari il ərzində görülmüş işlərə dair müzakirələr aparılıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan daha iki ölkədən sarımsaq tədarük etməyə başlayıb

Next

ADB xarici şoklara qarşı həssaslığı azaltmaqda Azərbaycana kömək edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved