Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Uşaqlar GİZLİ TƏHLÜKƏDƏ: “Mavi Balina” yenidən aktivləşir — ekspertdən TƏCİLİ XƏBƏRDARLIQ!
CƏMİYYƏTMANŞET

Uşaqlar GİZLİ TƏHLÜKƏDƏ: “Mavi Balina” yenidən aktivləşir — ekspertdən TƏCİLİ XƏBƏRDARLIQ!

03 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

“Uşaqların internetdən istifadə vərdişləri təhsil maraqlarının azalması ilə nəticələnsə də, əsas təhlükə psixoloji manipulyasiyaya əsaslanan zərərli oyunlar və məzmunla bağlıdır. ‘Mavi Balina’ kimi ‘oyunlar’ əslində texniki oyun yox, kiber-şantaj və sosial mühəndislik alətlərindən istifadə edərək həssas uşaqları intihara və ya özünə xəsarətə sövq edən kriminal proseslərdir”.

Bu sözləri “Paraqraf.com”a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov deyib.

Elvin Abbasov: “Azərbaycanda internetin illik sürəti 90 % artıb”

Onun sözlərinə görə, təhlükəli oyunlara həmçinin uşaqları fiziki riski təkrarlamağa təşviq edən sosial mediada yayılan “challenge”lər və ya “loot box”lar vasitəsilə qumar vərdişləri formalaşdıran qeyri-etik oyun elementləri də daxildir:

“Uşaqları bu təhlükələrdən qorumağın əsası texniki filtrləməklə yanaşı, etibarlı ünsiyyət qurmaqdan keçir. Valideyn uşaqla mühakimə etmədən onun internetdə gördükləri haqqında danışmalı, uşaqlara bədənə zərər vurmağı, məxfi məlumatları paylaşmağı və ya yad insanlarla görüşməyi tələb edən hər bir hərəkətin təhlükəli olduğu izah edilməli, yəni onlarda tənqidi düşüncə inkişaf etdirilməlidir”.

O əlavə edib ki, valideyn nəzarəti yalnız ünsiyyətlə məhdudlaşmır:

“Proaktiv texniki və davranış nəzarəti mütləqdir. Valideyn ilk növbədə bütün cihazlarda yaş məhdudiyyətlərini (Parental Control) və təhlükəli məzmunu filtrləyən proqramları aktivləşdirməlidir. Əsas nəzarət edilməli məqamlar uşağın ekran vaxtının idarə edilməsi, yeni quraşdırılan və yüksək icazələr (kamera, mikrofon) tələb edən naməlum tətbiqlərin izlənməsidir. Ən vacibi isə valideyn uşağın davranışında yaranan psixoloji dəyişikliklərə (aqressivlik, təcrid olunma, yuxu pozğunluğu, bədəndə kəsik izləri) qarşı diqqətli olmalı və bu cür dəyişikliklərin səbəblərini dərhal araşdırmalıdır. Bu yanaşma uşaqların rəqəmsal mühitdə təhlükəsiz və sağlam şəkildə böyüməsini təmin edən yeganə effektiv strategiyadır. Valideynlər uşaqlarının rəqəmsal sağlamlığını da kontrol edə bilərlər. Bunun üçün valideyn nəzarəti proqramları mövcuddur və pulsuzdur”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Evdən işləmək qanuniləşir

Next

Solmayan gülün sirləri

Copyright 2026— Praqraf.com. All rights reserved