22 Sen 2026, Ça

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirildi – Qərar

PAYLAŞIN:

“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli – “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər”in “c) Təlim (xidmət) üçün seçilən hərbi qulluqçular, bəzi hərbi uçot ixtisasları üzrə təlim üçün seçilən və hərbi xidmət keçən hərbi qulluqçular” yarımbəndinin “Dərin sularda işləyən dalğıc, akvanavt, komando təməl və komando ixtisas (snayper, paraşütdən tullanma, axtarış-xilasetmə, minaaxtaran və s.) göndərilən hərbi qulluqçular” sütununun “Boy (sm-lə)” sətrinin 17-ci qrafasında “170” rəqəmləri “160” rəqəmləri ilə əvəz edilib.

Paraqraf.com

Loading