Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Azyaşlıya sənəd imzalatdılar, qorxu evində xəsarət aldı – Hüquqşünas xəbərdarlıq etdi
MANŞETÖZƏL

Azyaşlıya sənəd imzalatdılar, qorxu evində xəsarət aldı – Hüquqşünas xəbərdarlıq etdi

02 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bakıda 15 yaşlı yeniyetmə Nigar Mustafayeva “Phobia Games” adlı əyləncə mərkəzinin qorxu evində xəsarət alıb. Məlumata görə, giriş zamanı azyaşlılardan şəxsiyyət vəsiqəsi tələb edilməyib və yaşları yoxlanmayıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, valideyn iddia edir ki, yeniyetmə heç bir nəzarət olmadan sənəd imzalamağa məcbur edilib və 26 manat ödənişdən sonra oyun otaqlarına daxil olublar.

Hüquqşünas Ayxan Məmmədli “Paraqraf.com”a bildirib ki, azyaşlıya hər hansı razılıq ərizəsi və məsuliyyət daşımayan sənədin imzaldırılması qanuni deyil:

“Belə sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Əyləncə obyektlərinin təhlükəsizlik tərəfləri İnzibati Xətalar Məcəlləsinin 214-cü maddəsi ilə tənzimlənir. Bu, istehlakçı hüquqlarının pozulması deməkdir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 388.1 və 388.2 maddələri – ictimai obyektlərdə təhlükəsizlik qaydalarının pozulması ilə bağlı hüquqi şəxs 3000 manatdan 6000 manatadək cərimələnə bilər”.

Hüquqşünas əlavə edib ki, əgər sağlamlığa zərər dəyibsə, Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən zərərin ödənilməsi və müalicə xərcləri tələb oluna bilər:

“Müəssisə yalnız təhlükəsizlik qaydalarını pozmadığını sübut etdikdə məsuliyyətdən azad ola bilər. Əgər uşaq üçün təhlükəli şərait mövcuddursa, yaş məhdudiyyətləri tətbiq olunmayıbsa və nəzarət qaydaları kobud şəkildə pozulubsa, İnzibati Xətalar Məcəlləsinin 214.3 və 235-ci maddələrinə uyğun olaraq obyekt müvəqqəti bağlana bilər”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yaponiya həyəcan siqnalı verdi: Çin gəmiləri xəbərdarlıqdan sonra geri çəkildi

Next

Dövlət tənzimləyir, amma qiymətlər niyə qalxır? Ekspert açıqladı

Copyright 2026— Praqraf.com. All rights reserved