Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Azərbaycan gömrükçüləri 276 min manatlıq brend malların ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
HADİSƏ

Azərbaycan gömrükçüləri 276 min manatlıq brend malların ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb

01 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Dövlət Gömük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən böyük həcmdə kommersiya təyinatlı malların şəxsi istifadə məqsədilə keçirilmə halı aşkarlanıb.

Paraqraf.com Komitəyə istinadən xəbər verir ki, Ankara-Bakı aviareysilə gələn sərnişin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etməklə kommersiya həcmində olan qızıl-zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə cəhd göstərib. Gömrük əməkdaşlarının risk əsaslı gömrük nəzarəti zamanı sərnişin gömrük yoxlamasına dəvət olunub.

Vətəndaşın yüklərinə baxış zamanı ona məxsus baqajdan və əl çantasından əvvəlcədən gömrük orqanına bəyan edilməyən ayaqqabı, çanta, üst geyimlərindən ibarət 32 ədəd kommersiya təyinatlı brend məhsullar (“Celine”, “Chanel”, “Hermes”, “Dolce & Gabanna”, “Dior”, “Burberry”, “Louis Vuitton”, “Prada”, “Loro Piano”) və “Bulqari” markalı zərgərlik məmulatları aşkar edilib.

Aşkar edilən əşyaların ümumi təqribi dəyəri 276 000 manat təşkil edir.

Gömrük xidməti bir daha diqqətə çatdırır ki, bir sıra hallarda sosial şəbəkələr vasitəsilə malların satışını həyata keçirən şəxslər tərəfindən ticarət qaydaları əsasında deyil, güzəştli qaydada keçirilməsi üçün müəyyən edilmiş normalardan artıq böyük həcmdə olan malları şəxsi istifadə məqsədi kimi yanlış məlumat verməklə ölkə ərazisinə gətirilməsinə cəhd göstərilir. Bu növ hallar ölkənin gömrük qaydalarına ziddir və məsuliyyət yaradır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bu gündən Azərbaycanda ov qadağan olunur

Next

Naxçıvanda səhiyyə naziri vəzifəsinin icrası yeni müavinə həvalə olunub

Copyright 2026— Praqraf.com. All rights reserved