22 Sen 2026, Ça

“OPEC+” 2026-cı il üçün neft hasilatını sabit saxlamaq barədə qərar qəbul edib

PAYLAŞIN:

“OPEC+” ölkələri görüşdə 2026-cı ilin birinci rübündə neft hasilatının artırılmasının dayandırılması barədə qərarı qüvvədə saxlayıb və bu dövr üçün neft hasilatı kvotalarını 2025-ci ilin dekabr səviyyəsində qoruyub.

Paraqraf.com-un məlumatına görə, bu barədə OPEC saytında yerləşdirilən “OPEC+” nazirlər görüşünün yekun bəyanatında qeyd olunub.

Nümayəndələr həmçinin OPEC katibliyi tərəfindən hazırlanmış mexanizmi razılaşdırıblar. Bu mexanizm iştirakçı ölkələrin maksimal hasilat imkanlarını müəyyən etmək üçün istifadə olunacaq və onun əsasında 2027-ci il üçün əsas hasilat səviyyələri müəyyən ediləcək.

Növbəti “OPEC+” nazirlər görüşü 7 iyun 2026-cı il tarixində keçiriləcək.

Loading