Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 30
  • Keçmiş “Formula-1” pilotu dələduzluq ittihamı ilə saxlanıldı

Keçmiş “Formula-1” pilotu dələduzluq ittihamı ilə saxlanıldı

admin 30 Noyabr 2025 2 minutes read
IMG-20251130-WA0005
PAYLAŞIN:

“Formula-1”in keçmiş pilotu Adrian Sutil dələduzluqda və mənimsəmədə şübhəli bilinərək Almaniyanın Ştutqart şəhərində saxlanılıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

İşin təfərrüatı hələlik məlum deyil. Qeyd olunur ki, noyabrın 27-də üç ünvanda – Monakoda, İsveçrədə və 42 yaşlı Sutilin saxlanıldığı Ştutqartda axtarışlar aparılıb:.

Məlumata görə, son vaxtlar Sutil İsveçrədə yaşayıb və lüks avtomobillərin satışı ilə məşğul olub.

Xatırladaq ki, 2011-ci ildə də Sutil hücuma görə 18 aylıq şərti cəza və 200 000 avro məbləğində cərimə olunmuşdu. Çin Qran-prisindən sonra gecə klubunda mübahisə zamanı o, Lüksemburq biznesmeni və “Lotus-Renault”nun şəriklərindən biri olan Erik Lyuksun boynuna stəkanla vurub ciddi xəsarət yetirmişdi.

Qeyd edək ki, Sutil “Formula-1”də 2007-2011 və 2013-2014-cü illərdə “Spyker”, “Force India” və “Sauber” komandalarının tərkibində çıxış edib. Ümumilikdə o, 128 Qran-pri iştirak edib və 124 xal toplayıb, lakin heç vaxt podiumda yer almayıb.

Paraqraf.com

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Mütəxəssislərdən XƏBƏRDARLIQ: Hamam dəsmalları infeksiya yayırlar
Next: Hindistanda beş yaşlı qız dayısı və xalası tərəfindən oğurlanaraq satılıb

OXŞAR MÖVZULAR

9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

admin 23 Aprel 2026
7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

admin 23 Aprel 2026
R5giG9INK8EIvsrSfR8CnJdNTaaASlN5IXWrkn9s_1200

Nəbi İsgəndərov Dünya Kubokunda növbəti qələbəsini qazanıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.