22 Sen 2026, Ça

Fransada 3 mərtəbəli binada yanğın: 5 nəfər ölüb

PAYLAŞIN:

Fransanın Meurthe-et-Moselle əyalətində üçmərtəbəli binada yanğın baş verib, nəticədə 5 nəfər ölüb.

Paraqraf.com xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Nensi yaxınlığında, Meurthe-et-Moselle departamentinin Neuves-Maisons qəsəbəsində bir gecədə üçmərtəbəli binada yanğının baş verib. Təxminən 70 yanğınsöndürən yanğına müdaxilə edib və bildirilib ki, yanğın nəzarət altına alınıb. Səlahiyyətlilər yanğında biri 16 yaşlı uşaq olmaqla 5 nəfərin öldüyünü bildirib.

Yanğının səbəbləri ilə bağlı hələlik açıqlama verilməyib.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading