22 Sen 2026, Ça

Cəlilabadda ərini öldürməkdə şübhəli bilinən qadın saxlanılıb

PAYLAŞIN:

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Paraqraf.com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov qətlə yetirilib.

Onu qətlə yetirməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Kəsirə Cəfərova artıq saxlanılıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırmalar aparılır.

Loading