Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/“SOCAR Midstream” ağacəkmə aksiyası keçirib
İQTİSADİYYAT

“SOCAR Midstream” ağacəkmə aksiyası keçirib

28 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“SOCAR Midstream Operations” MMC Abşeron rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında ağacəkmə aksiyası təşkil edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirdə hər iki qurumun əməkdaşları və nazirliyin könüllüləri iştirak ediblər.

Bakı-Şamaxı yolunun 30-cu kilometrliyində yaşıllaşdırma üçün ayrılmış ərazidə keçirilən aksiya çərçivəsində bir hektar sahədə, ümumilikdə, 625 ədəd ağac əkilib. Ərazinin iqlim xüsusiyyətləri nəzərə alınaraq Eldar şamı və zeytun növlərindən olan tinglər seçilib, həmçinin ağacların davamlı su təminatı üçün damcı-suvarma sistemi quraşdırılıb.

Aksiya SOCAR-ın ölkədə ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərindən biridir.

“SOCAR Midstream Operations” MMC-nin icraçı direktoru Fərhan Əliyev aksiya iştirakçılarına təşəkkür edərək bildirib ki, bu kimi tədbirlər ölkəmizdə yaşıllıq sahələrinin artırılmasına mühüm töhfə verir.

“SOCAR Midstream Operations” MMC 24 iyul 2014-cü il tarixində qeydiyyatdan keçib və şirkət hazırda neft boru kəmərləri və müvafiq təsisatlarda SOCAR-ın strateji səhmdar hüquq və maraqlarını təmsil edir.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qeyri-neft sektoruna aid ixrac mallarının siyahısında qızıl birincidir

Next

Yurgen Klopp yenidən “Liverpul”un baş məşqçisi ola bilər

Copyright 2026— Praqraf.com. All rights reserved