Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Mateuş Koxalski: “Azərbaycana yeni gələndə özümü yaxşı hiss etmirdim, Avropaya qayıtmaq istəyirdim”
İDMAN

Mateuş Koxalski: “Azərbaycana yeni gələndə özümü yaxşı hiss etmirdim, Avropaya qayıtmaq istəyirdim”

28 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Penalti zərbələri zamanı adətən qapının bir küncünü seçib həmin tərəfə tullanıram. “Napoli” ilə oyundan öncə iki futbolçunu analiz etmişdim. Onların arasında isə Rasmus Höylund yox idi. Buna görə də ani olaraq nəsə fikirləşməli idim”.

Paraqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasının liqa mərhələsində İtaliyada “Napoli”yə 0:2 hesabı ilə uduzduqları V tur oyununda penalti zərbəsini dəf etməsi barədə danışarkən deyib.

Koxalski gələcək karyerası barədə də açıqlama verib:

“Azərbaycanda özümü yaxşı hiss etmirdim. Avropaya qayıtmaq istəyirdim, amma qaldım və mənim üçün uğurlu oldu. İndi inkişafa davam etmək və daha yüksək səviyyələrə çatmaq istəyirəm”.

O, Qurban Qurbanov barədə verilən suala maraqlı cavab verib:

“Qurban Qurbanov ciddi bir şey baş vermədikcə oyunçularla çox danışmır. Onun oyuna yanaşmasını bəyənirəm. Çünki Qurban Qurbanov hər matçda öz standartlarımızı müəyyən etməyimizi istəyir. O, daha yüksəksəviyyəli klublarda işləyə bilərdi, amma burada əsas rol oynayır”.

“Azərbaycan Polşa ilə müqayisədə təhlükəsiz ölkədir. Orada küçələrdə dava, sərxoş və ya evsiz insanlar görməmişəm. Fərqli bir mədəniyyətlə qarşılaşdığım üçün bir az çətinlik çəkdim amma bunun öhdəsindən gəlmişəm”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Misli Premyer Liqası: “Zirə” “Kəpəz”i məğlub etdi

Next

Eduard Məmmədov növbəti dəfə qızıl medal qazanıb

Copyright 2026— Praqraf.com. All rights reserved