Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Hərracda 28 nəqliyyat vasitəsi satılıb
İQTİSADİYYAT

Hərracda 28 nəqliyyat vasitəsi satılıb

28 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 25-də keçirilən hərracda ümumilikdə 28 nəqliyyat vasitəsi satılıb.

Paraqraf.com xəbər verir ki, hərraca çıxarılan əmlaklara 49 sifariş daxil olub.

Mərkəzi Seçki Komissiyasına (MSK) məxsus və start qiyməti 12 min 400 manat olan “Mercedes-Benz S350” avtomobili isə rəqabət nəticəsində 16 min 348 manata satılıb. MSK-ya aid digər nəqliyyat vasitəsi – 2005-ci il istehsalı olan “Mitsubishi Pajero” avtomobili 8 min 850 manata, Milli Məclisin İşlər İdarəsinin balansında olan 2006-cı il istehsalı “Toyota Avalon” avtomobili isə 5 min 500 manata satılıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin balansında olan 23 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi üzrə ümumi ilkin satış qiyməti 23 min 350 manat müəyyən edilib və bu nəqliyyat vasitələri 24 min 517.5 manata satılıb. Müdafiə Nazirliyinə məxsus 2004-cü il istehsalı QAZ-31105 avtomobili 1 200 manat ilkin qiymətlə hərraca çıxarılıb və 3 000 manata, digər nəqliyyat vasitəsi – UAZ-31512 isə 1 500 manat ilkin satış qiymətinə qarşılıq 3 min 50 manata satılıb.

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar dekabrın 2, 9, 16, 18 və 23-də keçiriləcək.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mərkəzi Bankın 100 min manatlıq maşını satışa çıxarılır

Next

Qvineya-Bisaunun paytaxtı tamamilə hərbi nəzarətə götürülüb

Copyright 2026— Praqraf.com. All rights reserved