Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Əli Əsədov İordaniyanın sənaye, ticarət və təchizat naziri ilə görüşüb
SİYASƏT

Əli Əsədov İordaniyanın sənaye, ticarət və təchizat naziri ilə görüşüb

28 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Baş naziri Əli Əsədov noyabrın 28-də İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, iki ölkə arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb.

Paraqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin dostluq və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyi vurğulanıb.

Azərbaycan Prezidentiİlham Əliyev və İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn arasında yaranmış səmimi münasibətlərin bu inkişafı şərtləndirən əsas amil olduğu bildirilib.

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə maliyyə naziri Sahil Babayev iştirak edib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İrəvan təhlükəsizliyinə yeni zəmanətlər əldə etdi

Next

Prezident İlham Əliyev Çin Sədri Si Cinpinə başsağlığı verib

Copyright 2026— Praqraf.com. All rights reserved