Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 28
  • 2025-ci ilin 10 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə ümumilikdə 39 325 əsassız çağırış qeydə alınıb

2025-ci ilin 10 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə ümumilikdə 39 325 əsassız çağırış qeydə alınıb

admin 28 Noyabr 2025 2 minutes read
download_20251128_162643
PAYLAŞIN:

Paraqraf.com xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nəzrin Adıgözəlzadə bildirib.

“Əsassız çağırışlar təcili tibbi yardım resurslarının düzgün istiqamətlənməsinə mane olmaqla yanaşı, həqiqətən yardıma ehtiyacı olan şəxslərə xidmətin vaxtında göstərilməsinə də mənfi təsir göstərir. Bu səbəbdən vətəndaşlardan xahiş olunur ki, yalnız həqiqətən təcili tibbi yardıma ehtiyac olduqda 103 xidmətinə müraciət etsinlər.

Çağırışlar çeşidlənərək optimallaşdırılır və növbəlilik prinsipi ilə icra olunur. Çağırışlar “təcili” və “təxirəsalınmaz” olmaqla iki əsas kateqoriyaya ayrılır. İlk olaraq təcili çağırışlar, daha sonra isə təxirəsalınmaz çağırışlar qeydə alınır və icra edilir.

Qaydalara əsasən, təcili yardım 15-20 dəqiqə ərzində, təxirəsalınmaz çağırışlar da isə 1 saat ərzində ünvana çatmalıdır.

Təcili çağırışlara ürək dayanması, ağır travmalar (yol-nəqliyyat hadisələri, çoxsaylı sınıqlar və s.), insult və infarkt əlamətləri, tənəffüsün dayanması və ya boğulma halları, şüur itkisi, qanaxma, doğuş və s. aiddir.

Təxirəsalınmaz çağırışlara isə yüksək hərarət, arterial təzyiqin yüksəlməsi, baş ağrısı və s daxildir. Tövsiyə olunur ki, vətəndaşlar təcili olmayan hallar üzrə poliklinikalara və sahə həkimlərinə müraciət etsinlər”, – deyə qurum rəsmisi bildirib.

Loading

Visited 15 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: BakuBus-da qadın sürücülər işə başladı – Ekspert: “Fərq yoxdur”
Next: Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib

OXŞAR MÖVZULAR

hXPKD2P9b7F5bZXh1l9BPL2U7gUnNQUaaVjt8ZIx_1200

Azərbayсan ət idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

admin 23 Aprel 2026
Dovlət-Vergi-Xidməti

Dövlət Vergi Xidmətinə müraciətlərin sayı 14 %-ə yaxın azalıb

admin 23 Aprel 2026
hxw9id4tUS1R1gIuyIxtiLdSazVyxzRcSLefr2BT_1200

Azərbaycanın vergi orqanları I rübdə 89 cinayət işi açıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.