22 Sen 2026, Ça

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında “Ordu” və “Neftçi” qələbə qazanıb

PAYLAŞIN:

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun iki matçı keçirilib.

Paraqraf.com-un məlumatına görə, əvvəlcə “Ordu” “Azərreyl” üzərində 3:1 (23:25, 25:23, 26:24, 25:19) hesablı qələbə qazanıb.

Ardınca isə “Neftçi” “Xilasedici” kollektivindən güclü olub – 3:0 (25:21, 25:23, 25:22).

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub.

Qeyd edək ki, tura noyabrın 28-də yekun vurulacaq.

Loading