Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Baksol yolu”nda 28 yaşlı oğlanın kanalizasiyaya düşərək ölməsinə dair məhkəmə başlayıb
CƏMİYYƏT

“Baksol yolu”nda 28 yaşlı oğlanın kanalizasiyaya düşərək ölməsinə dair məhkəmə başlayıb

27 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

“Baksol yolu” adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı açılan cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsi başlayıb.

Paraqraf.com APA-ya istinadən xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah olunub.

Azər Cümşüdovun vəkili Anar Ramazanov bildirib ki, işə dünən qoşulduğu üçün cinayət işinin materialları ilə tanış deyil.

Vəkil deyib ki, bəzi sübutların çıxarılması və ya əlavə olunması ilə bağlı vəsatətlər də yalnız hazırlıq iclasında verilə bilər. Buna görə vəkil məhkəmədən iclasın təxirə salınmasını xahiş edib.

Azər Cümşüdov da vəkili ilə razılaşıb: “Bu cinayət işi ilə mənim əlaqəm yoxdur. İstintaq müddətində dövlət hesabına olan vəkilimlə əlaqəm olmayıb. Cinayət işi ilə tanış deyiləm. Özümü isə qəti təqsirli bilmirəm. Sübutlarım var, həmin dövrdə orada işləməmişəm. Bununla bağlı müvafiq əmrlər var”.

Məhkəmənin qərarı ilə hazırlıq iclası dekabrın 9-na təxirə salınıb.

Qeyd edək ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Malayziyada daşqınlar səbəbindən təxliyə olunanların sayı 34 min nəfəri keçdi

Next

İmişlidə üç maşın toqquşub: Xəsarət alanlar var

Copyright 2026— Praqraf.com. All rights reserved