Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Bakı-Əmman-Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olunub
CƏMİYYƏT

Bakı-Əmman-Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olunub

27 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan ilə İordaniya 2026-cı ilin iyunundan etibarən Bakı-Əmman-Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planını müzakirə edib.

Paraqraf.com bu barədə “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) istinadən xəbər verir.

Məlumata əsasən, müzakirələr AZAL-ın prezidenti Samir Rzayev və İordaniyanın Turizm və Əntiq Əşyalar Nazirliyinin baş katibi və nazir müavini Yazan əl-Xadiri, “Royal Jordanian Airlines” şirkətinin yük daşımaları üzrə icraçı direktoru Xalid Məhəmməd əl-Havaldə və İordaniyanın Azərbaycandakı səfiri Ömər əl-Nahar arasında görüşdə aparılıb.

İki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı baxımından növbəti konstruktiv addım olan bu görüş zamanı hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti ilə 2026-cı ilin iyun ayından etibarən Bakı-Əmman-Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olunub.

Bu təşəbbüs aviasiya əlaqələrinin daha səmərəli qurulmasına, həmçinin Azərbaycan və İordaniya arasında turizm, biznes və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Qeyd edək ki, Əmman istiqamətində cari ilin iyun-sentyabr ayları ərzində yerinə yetirilmiş müntəzəm çarter reysləri vasitəsilə 3 mindən çox sərnişinə xidmət göstərilib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ərdoğan Roma Papasını qəbul edib – YENİLƏNİB

Next

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəmədə Azərbaycan xalqından üzr istəyiblər

Copyright 2026— Praqraf.com. All rights reserved