Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycan şahmatçısı: “Finalda FIDE komandasına qarşı çıxış etmək bir az ağır idi”
İDMAN

Azərbaycan şahmatçısı: “Finalda FIDE komandasına qarşı çıxış etmək bir az ağır idi”

27 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

FIDE komandasının heyətində tanınmış şahmatçılar olduğu üçün onlara qarşı çıxış etmək çətindir.

Paraqraf.com əbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında İspaniyanın Linares şəhərində keçirilən komandalararası dünya çempionatında gümüş medal qazanan Ülviyyə Fətəliyeva deyib.

O, bu yarışa ciddi hazırlaşdıqlarını söyləyib:

“Bu yarışa qatılmağı çox istəyirdik. Son anda qərar veriləndə hamımız çox sevindik. Əsas hədəfimiz layiqli şahmat oynamaq və qrupdan çıxmaq idi. Pley-offda əzmkarlıq daha da artdı. Sona qədər mübarizə apararaq irəliləməyə çalışdıq”.

Şahmatçı ən çətin mübarizənin FIDE komandasına qarşı olduğunu bildirib:

“FIDE komandasına qarşı oynamaq bir az ağır idi. Çünki onlar super ulduz heyətlə çıxış edirdilər. Bununla yanaşı, Qazaxıstan komandası ilə oyunu da çətin mübarizə hesab edirəm. 8 oyunda bərabərlik qeydə alındı. Blitsdə udmağımız çətin olmaqla yanaşı, həm də komanda ruhunu artırdı. İspaniya komandasına qalib gəldikdən sonra finala gedəcəyimizə inam yarandı”.

Ü.Fətəliyeva sonda gümüş medalın əhəmiyyətini belə qiymətləndirib:

“Gümüş medalın “qızıl”ın xəbərçisi olmasını istəyirik. Ümid edirik ki, Azərbaycan komandasının yüksəlişi və ən böyük uğurları irəlidədir”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının finalında FIDE komandasına uduzub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası qaydası təsdiqlənib

Next

Ermənistan və İsrail Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Copyright 2026— Praqraf.com. All rights reserved