Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycan İƏT-in kommersiya və xarici ticarət nazirlərinin iclasına qatılıb
CƏMİYYƏT

Azərbaycan İƏT-in kommersiya və xarici ticarət nazirlərinin iclasına qatılıb

27 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Türkiyənin İstanbul şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) kommersiya və xarici ticarət nazirlərinin 5-ci iclasında təmsil olunub.

Paraqraf.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasda çıxış edən nazir müavini Rövnəq Abdullayev İƏT-in üzv ölkələr arasında ticarət, investisiya, sənaye və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olduğunu vurğulayıb. O, ölkəmizdə formalaşmış əlverişli investisiya mühiti, rəqəmsal ticarətin təşviqi, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi və yeni ticarət marşrutlarının formalaşdırılması istiqamətində görülən işlər barədə iclas iştirakçılarına məlumat verib, İƏT məkanında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların stimullaşdırılması və biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsinin iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

İclasda İƏT regionunda iqtisadi inteqrasiyanın möhkəmləndirilməsi və regional ticarət dövriyyəsinin artırılması istiqamətində müzakirələr aparılıb. Üzv ölkələr arasında ticarət və gömrük əməkdaşlığının genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması, həmçinin məlumat mübadiləsinin təşviq olunmasının əhəmiyyəti qeyd olunub. Regiondaxili ticarət həcminin artırılması və ticarət maneələrinin azaldılması məqsədilə yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasda İstanbul Bəyannaməsi, İƏT-in Ticarətin Asanlaşdırılması Strategiyası qəbul edilib, İƏT çərçivəsində fəaliyyət istiqamətləri müzakirə olunub.

R.Abdullayev səfər çərçivəsində həmçinin, İstanbul şəhərində Türkiyənin Ticarət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı (OIC) və İslam Ölkələri Standartlar və Metrologiya İnstitutunun (SMIIC) dəstəyi ilə həyata keçirilən 11-ci Dünya Halal Sammiti və 10-cu “Halal Expo 2025″ Beynəlxalq Ticarət Sərgisində iştirak edib, Azərbaycanın sərgidəki stendinə baxış keçirilib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Paşinyan: 2026-cı il parlament seçkilərində Baş nazir postuna namizəd olmağa çalışıram

Next

Əbu-Dabidəki “Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Copyright 2026— Praqraf.com. All rights reserved