Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Anar Əliyev İmişlidə vətəndaşları qəbul edib
CƏMİYYƏT

Anar Əliyev İmişlidə vətəndaşları qəbul edib

27 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev İmişli rayonunda İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edib.

Paraqraf.com xəbər verir ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Anar Əliyev və Elçin Rzayev İmişli rayon sakinləri ─ müharibə veteranı İsayev Emil Rövşən oğlu, Həsənov Sərxan Xanoğlan oğlu və İsmayılov Ərşad Çingiz oğlu üçün özünüməşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlara baxış da keçiriblər.

Proqramın dəstəyi ilə aktivlər verilməklə Emil İsayev və Sərxan Həsənov üçün kişi bərbərxanası, Ərşad İsmayılov üçün isə avtoçilingər xidmətləri üzrə kiçik təsərrüfatlar qurulub. Onlar öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində İmişli rayonunda 1700-dən çox şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qırğızıstanlı nümayəndə: Media savadlılığı dezinformasiya ilə gerçək informasiyanı fərqləndirmək deyil

Next

Natiq Məmmədli: Hazırda media üçün əsas təhdidlərdən biri informasiya bolluğudur

Copyright 2026— Praqraf.com. All rights reserved