Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Polşa üç sualtı qayığın tədarükü üçün İsveçin “Saab” şirkətini seçib
DÜNYA

Polşa üç sualtı qayığın tədarükü üçün İsveçin “Saab” şirkətini seçib

26 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Polşa Baltik dənizində müdafiə qabiliyyətini gücləndirilməsi ilə bağlı çoxmilyardlıq müqavilə çərçivəsində üç sualtı qayığın alınması üçün İsveçin “Saab” konsernini seçib.

Paraqraf.com-un “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Polşa Baş nazirinin müavini, milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

O qeyd edib ki, İsveçin təklifi bütün meyarlar – təhvil müddəti, dəyəri və istismar imkanları baxımından ən yaxşısı olub. Müqavilənin dəyəri təxminən 10 milyard zlotı (2,73 milyard ABŞ dolları) qiymətləndirilir. İsveç həmçinin Polşadan müəyyən silahları daha geniş əməkdaşlıq sazişi çərçivəsində almağa və Polşa hərbçilərinin hazırlığı üçün təlim sualtı qayığı verməyə öhdəlik götürüb.

Varşava ilk sualtı qayığı 2030-cu ildə əldə etməyi, müqavilənin rəsmiləşdirilməsini isə ən geci 2026-cı ilin ikinci rübünədək başa çatdırmağı planlaşdırır.

“Saab”ın A26 tipli sualtı qayıqları Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hərbi xərclərin artması fonunda Polşanın “Orka” proqramı çərçivəsində ən böyük müdafiə alışlarından biri olub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ceyhun Bayramov İtaliya Senatının Sədri ilə görüşüb

Next

Ceyhun Bayramov İtaliya parlamentinin Palata sədri ilə strateji tərəfdaşlığı müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved