Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxılıblar
CƏMİYYƏT

Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxılıblar

26 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Batumidə və Tbilisidə 20 gündən artıq saxlanılan Azərbaycana aid yük avtomobillərinin problemi həll edilib.

Bu barədə Paraqraf.com Report-un Gürcüstan bürosuna yük avtomobillərindən birinin sürücüsü Aslan Kərimov deyib.

O qeyd edib ki, artıq praktiki proseslər başlayıb:

“Report” problemi işıqlandırdıqdan sonra məsələdə irəliləyiş baş verdi. Hazırda gömrükdə saxlanılan Azərbaycan maşınlarının yükləri keçid üçün hazırlanır. Batumi və Tbilisi terminallarında vəziyyət normallaşmağa başlayıb”.

Onun sözlərinə görə, bu, təkcə tütün yükləri deyil, ərazidə gözləyən digər yük maşınları da buraxılışa hazırlanır:

“Artıq proses başlayıb. Təkcə tütün deyil, digər bütün yük maşınlarını da buraxılışa hazırlaşdırırlar. Görünür, artıq məsələ yoluna qoyulur. Avtomaşınlara vurulan möhürlər açılıb və sabah səhərdən avtomobillər yola düşəcəklər”.

Həm Azərbaycanın bu ölkədəki səfirliyi, həm də Gürcüstanın əlaqədar qurumları məsələnin operativ həll olunduğunu təsdiqləyirlər.

Xatırladaq ki, Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri buraxılmırdı. Azərbaycanın Gürcüstandakı səfirliyi bu məsələni nəzarətə götürüb və səfirliyin nümayəndələri Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüşlər keçiriblər. Danışıqlardan sonra qarşı tərəf məsələnin çox qısa zamanda tam həll olunacağına söz verib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizində işlər 2030-cu ilə qədər başa çatacaq

Next

“Arsenal” hücumçusunu satmağı planlaşdırır

Copyright 2026— Praqraf.com. All rights reserved