22 Sen 2026, Ça

Ermənistan XİN: Ölkənin KTMT-dən çıxması məsələsi müzakirə edilmir

PAYLAŞIN:

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi müzakirə edilmir.

“Paraqraf.com”un məlumatına görə, bunu ölkənin xarici işlər nazirinin (XİN) müavini Mnatsakan Safaryan jurnalistlərə açıqlamasında bəyan edib.

“Ermənistanın KTMT-yə münasibətdə siyasəti daha əvvəl müəyyənləşdirilmişdi: biz iştirak etmirik, lakin qərarların və sənədlərin qəbul edilməsinə mane olmuruq”, – o bildirib.

“Ermənistan nə üçün təşkilatdan çıxmır” sualını şərh edərkən nazir müavini qeyd edib ki, hazırkı mərhələdə İrəvan məhz belə bir xətti izləyir: “Ermənistan xarici siyasətini öz maraqlarından və yaranmış vəziyyətdən çıxış edərək yürüdür”.

Qeyd edək ki, Ermənistan 26-27 noyabr tarixlərində Bişkekdə (Qırğızıstan) keçiriləcək KTMT Şurasının iclasında iştirak etməyəcək.

Paraqraf.com

Loading