Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Kasıb küçələrdən doğulan qəhrəman: şəhəri silkələyən polis!
MANŞETÖZƏL

Kasıb küçələrdən doğulan qəhrəman: şəhəri silkələyən polis!

26 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Bir vaxtlar şəhərin kasıb küçələrində bir uşaq yaşayırdı. O, ağır həyat şəraitinə baxmayaraq həm oxuyur, həm də öz zəhməti ilə çörək qazanırdı. Uşaqlıq illəri ədalətsizliklərlə dolu idi: kiminsə çörəyinə bais olanlar, kasıblardan pul alanlar, bir kənarda narkotik satanlar… O isə bütün bunları görə-görə gecələr yatmadan kitab vərəqləyir, oxuyur, səhərlər isə həm məktəbə, həm də işə gedirdi.

Zaman keçdi. O, hərbi xidmətdən qayıtdıqdan sonra bələdiyyədə işləmək istədi. Lakin burada da ədalətsizliyin şahidi oldu və işə götürülmədi. Bu hadisə ona uşaqlıqdan verdiyi sözü xatırlatdı: polis olmaq və ədalətsizliklərlə mübarizə aparmaq.

O, yenidən imtahanlara hazırlaşdı və arzusu gerçəkləşdi – polis oldu. Elə bir polis ki, 100-dən çox cinayət, oğurluq və narkotiklə bağlı işi uğurla açdı, xidməti medallarla təltif olundu, vəzifəsi yüksəldi. Amma onun ən böyük işi insanlara dayaq olmaq idi. O, gənclərə pis vərdişlərdən — içkidən, narkotikdən, siqaretdən — uzaq durmağı öyrədirdi.

Bir gün yaşlı bir qadının evində oğurluq hadisəsi baş verdi. Polis və əməkdaşlar hadisə yerini araşdırır, barmaq izləri axtarırlar, lakin tapa bilmirlər. Qadının qardaşıgildə ustalar işlədiyi və bacısıgilə də təmirə gələn adamlar olduğu üçün şübhə həmin evlərin üzərində dayanır.

Polis bütün şəxsləri ayrıca sorğuya çağırır. Heç kim etiraf etmir. Lakin polisin ağlına bir fikir gəlir. Təhlükəsizliyi təmin edib deyir:
“Barmaq izi artıq tapılıb. Biz bilirik, oğru kimdir.”

Bu sözlərdən sonra bir nəfərin rəngi dəyişir, əlləri əsir, gözləri dolur. Polis ona yaxınlaşıb sakit səslə deyir:
“Deməyə ehtiyac yoxdur. Sənsən. Barmaq izi səndən çıxıb.”

Bu anda həmin şəxs göz yaşlarını saxlaya bilmir və hər şeyi etiraf edir. Polis böyük şəxsləri çağırır və onun etirafını onların yanında rəsmi şəkildə təsdiqlətdirir. Beləcə, daha bir oğurluq hadisəsi bu gənc polisin sayəsində açılır.

Bu hekayə göstərir ki, hansı peşənin sahibinə çevrilməyimizdən asılı olmayaraq, məqsədimizdən dönməməli, daim irəli getməliyik. Biz də bu gənc polis kimi ədalət, mərdlik və dürüstlük yolu ilə getməli, bir-birimizə dəstək olmalı, pis vərdişlərə aludə olan insanları qınamaq yox, doğru yola yönəltməliyik.

Məqsədi olan, vətənini və xalqını sevən insan gec-tez zəhmətinin bəhrəsini alır və cəmiyyət üçün örnəyə çevrilir. Belə gəncləri qiymətləndirmək və onlara dəstək olmaq hər birimizin borcudur.

Elçin Ağasıyev

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Arsenal” hücumçusunu satmağı planlaşdırır

Next

ABŞ-də prokurorluq 2020-ci il seçkilərinə müdaxilə ilə bağlı Trampa qarşı işi dayandırıb

Copyright 2026— Praqraf.com. All rights reserved