Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Niderland “Skyranger 30” dron əleyhinə sistemlərinin yerləşdirilməsini sürətləndirəcək
DÜNYA

Niderland “Skyranger 30” dron əleyhinə sistemlərinin yerləşdirilməsini sürətləndirəcək

25 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Niderland Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarına qarşı mübarizə potensialının geniş miqyasda artırıldığını və ölkənin hava hücumundan müdafiə sisteminin əsasını təşkil edəcək “Skyranger 30” yeni mobil zenit qurğuları üçün sifarişlərin sürətlə genişləndirildiyini açıqlayıb.

Paraqraf.com-un məlumatına görə, bu barədə Niderland hərbi qurumunun saytında yayımlanan bəyanatda qeyd olunub.

Bildirilib ki, 2028-ci ildə qoşunlara təhvil verilməsi planlaşdırılan “Skyranger 30” qurğuları Rotterdam limanı, hərbi bazalar və yaradılacaq quru qoşunlarının batalyon birləşməsi kimi əsas obyektlərin müdafiəsi üçün istifadə olunacaq. Bundan əlavə, “sürətlə artan pilotsuz hücum təhlükəsi” fonunda Müdafiə Nazirliyi “Skyranger 30” istifadəyə verilənədək hava hücumundan müdafiəni təmin etmək üçün əlavə mobil sistemlər alacaq.

Qeyd olunub ki, söhbət zirehli maşınlar, məsafədən idarə olunan silah modulları, sursatlar və idarəetmə vasitələrini özündə birləşdirən antidron sistemlərindən gedir. “Skyranger 30” qurğuları istifadəyə verildikdən sonra bu komplekslər əlavə müdafiə eşelonu kimi istismarda qalacaq.

Niderland həmçinin inteqrasiya olunmuş silahlarla təchiz edilmiş patrul maşınlarının sayını artıracaq, dronların aşkarlanması və zərərsizləşdirilməsi üçün portativ sistemlərin sayını çoxaldacaq və ələ keçirən dronlar da daxil olmaqla, yeni texnologiyalara sərmayə qoyacaq.

Ayrıca vurğulanıb ki, Niderland Hərbi Dəniz Qüvvələrinin PUA-lardan müdafiəsi də gücləndiriləcək. Yeni dəniz kinetik kompleksi “C-UAS”ın alınması planlaşdırılır. Layihənin dəyəri 250 milyon avro ilə 1 milyard avro arasında qiymətləndirilir.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Oğuzda avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var

Next

Ceyhun Bayramov Vatikan Apostol Kitabxanasında olub

Copyright 2026— Praqraf.com. All rights reserved