Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Makron: “İstəklilər koalisiyası” Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə işçi qrupu yaradacaq
DÜNYA

Makron: “İstəklilər koalisiyası” Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə işçi qrupu yaradacaq

25 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Fransa və Böyük Britaniya “istəklilər koalisiyası”nın bazasında Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması üzrə işçi qrup yaradacaq, bu prosesdə Türkiyə və ABŞ də iştirak edəcək.

Paraqraf.com-un məlumatına görə, bunu koalisiya iclasının yekununda Fransa Prezidenti Emmanuel Makron bəyan edib.

“Biz qərara gəldik ki, sabahdan etibarən Fransa və Böyük Britaniyanın rəhbərliyi altında dəniz sahəsində əsas rol oynayan Türkiyənin sıx iştirakı və ilk dəfə olaraq ABŞ-nin də qatılması ilə işçi qrup fəaliyyətə başlasın”, – deyə Fransa lideri bildirib. Onun çıxışının yayımı Yelisey sarayının “X” sosial şəbəkə səhifəsində aparılıb.

Makronun fikrincə, istənilən təcavüzün qarşısını almaq üçün lazım olan Ukrayna ordusunun sayı məhdudlaşdırılmamalıdır. “Bundan başqa, ikinci xəttdə Ukrayna ordusunu gücləndirəcək ehtiyat qüvvələr mövcud olmalıdır”, – o əlavə edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə daha əvvəl bəyan edib ki, Moskva heç bir halda NATO ölkələrinin hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsinə imkan verməyəcək. Onun sözlərinə görə, alyans qoşunlarının Ukrayna torpağında olması Rusiya üçün təhdid təşkil edir.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

HƏMAS siyasi partiyaya çevrilmək ideyasını nəzərdən keçirir

Next

Azərbaycanın basketbol millisinin seçmə mərhələ oyunları üçün yekun heyəti açıqlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved