Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/KİV: Paşinyan kilsənin yeni tərkibini formalaşdırır
DÜNYA

KİV: Paşinyan kilsənin yeni tərkibini formalaşdırır

25 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Ermənistanın baş naziri Nikol Paşinyan məhdud çevrədə söhbətində bildirib ki, artıq hakimiyyətin maraqlarına xidmət edən və fəaliyyət planı hazırlayan din xadimlərindən ibarət qrup formalaşdırılır.

Paraqraf.com xəbər verir ki, bu barədə “Joxovurd” nəşri öz mənbələrinə istinadla yazıb.

“Mənbələrimizin məlumatına görə, ruhanilər arasında daxili müzakirələr zamanı bu din xadimləri katolikosun ətrafındakı insanlardan, kilsə əleyhinə kampaniyanın onların günahı ucbatından başladığından və gözlənilən təzyiqlərdən daima danışmalıdırlar”, – deyə məqalədə qeyd olunub.

Bildirilib ki, bu qrupun fəaliyyəti erməni kilsəsində narazılığa səbəb ola və katolikos II Qareginə qarşı qiyama gətirib çıxara bilər. Nəticədə o, Eçmiədzindəki iqamətgahını tərk etməyə məcbur olacaq.

Qəzetin məlumatına görə, baş nazir Nikol Paşinyan şəxsi söhbətlərdə bildirib ki, hakimiyyət tezliklə kilsəyə təzyiqi artacaq və istədiyinə nail olacaq.

II Qaregin tərəfindən ruhani dərəcəsindən məhrum edilmiş Ter Aram (Stepan Asatryan) katolikosun əleyhinə gedən din xadimləri qrupuna başçılıq edəcək. Mənbələr iddia edirlər ki, Ter Aram istədiyi kimi hərəkət etməsi üçün hakimiyyətdən bütün zəmanətləri alıb. Təki Nikol Paşinyan katolikosu vəzifəsindən uzaqlaşdırıb, iqamətgahından qova bilsin, Stepan Asatryan kilsəyə qayıtsın və onun ruhanilik dərəcəsindən məhrum edilməsi qərarı ləğv olunsun.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Napoli” – “Qarabağ” oyunu təxirə salınır?

Next

Bakıda ana üçgünlük körpəsini dənizə ataraq öldürdü

Copyright 2026— Praqraf.com. All rights reserved