Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“İstəklilər koalisiyası” ABŞ-ni Rusiyaya təzyiqi davam etdirməyə çağırıb
DÜNYA

“İstəklilər koalisiyası” ABŞ-ni Rusiyaya təzyiqi davam etdirməyə çağırıb

25 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Ukraynanı dəstəkləyən Avropa ölkələrinin liderləri “istəklilər koalisiyası” çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə videokonfrans zamanı Rusiyaya qarşı sanksiya təzyiqinin davam etdirilməsində israr ediblər.

Paraqraf.com-un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib.

“Avropa tərəfdaşlarla birlikdə ədalətli və dayanıqlı sülh yollarını axtardığı bir vaxtda, Rusiya Kiyevə hücumlarını gücləndirib, həmçinin Moldova və Rumıniyanın hava məkanını pozub”, – Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, avropalılar ABŞ-ni Rusiyaya təzyiqi davam etdirməyə çağırıblar: “Çünki təzyiq Rusiyanın reaksiya verdiyi yeganə üsul olaraq qalır, biz onu sülhə doğru etibarlı yola çıxmaq üçün səmimi istək yaranana qədər gücləndirməyə davam edəcəyik. Bunun üçün sıx transatlantik əməkdaşlıq vacibdir, çünki bu nəticə verir – birgə sanksiyalar Rusiyanın öz aqressiv müharibəsini aparmaq üçün istifadə edə biləcəyi resursları azaldır”.

AK rəsmisi vurğulayıb ki, “istəklilər koalisiyası” Ukraynanı dəstəkləməyə davam edəcək və danışıqlarda əsas məsələ ölkənin maliyyələşdirilməsi, o cümlədən dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlıdır.

“Ukraynanın maraqları – bizim maraqlarımızdır”, – fon der Lyayen yekunlaşdırıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çempionlar Liqası: “Napoli” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

Next

Türkiyə və Finlandiya rəsmiləri Avropanın təhlükəsizliyi ilə bağlı müzakirə aparıblar

Copyright 2026— Praqraf.com. All rights reserved