Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Il Meridiano Sport”: “Qarabağ” hər kəsi sürprizlərə alışdıran bir komandadır
İDMAN

“Il Meridiano Sport”: “Qarabağ” hər kəsi sürprizlərə alışdıran bir komandadır

25 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Qarabağ” hər kəsi sürprizlərə alışdıran bir komandadır və “Napoli” bu qədər təşkilatlanmış rəqib qarşısında maksimum konsentrasiya nümayiş etdirməlidir.

Paraqraf.com xəbər verir ki, bu barədə İtaliya “Il Meridiano Sport” idman nəşrinin UEFA Çempionlar Liqasının əsas mərhələsində iki komandanın bugünkü qarşılaşmasına həsr olunmuş məqaləsində bildirilib.

Nəşr qeyd edir ki, Ağdam klubu artıq 2025/2026 mövsümünün Çempionlar Liqasının əvvəlki dörd matçında gücünü və xarakterini nümayiş etdirib. Bu baxımdan “Napoli”yə konsentrasiya, tarazlıq və qərar qəbulunda keyfiyyət lazım olacaq.

Materiallarda vurğulanıb ki, 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində debüt edən Azərbaycan çempionu (qrup mərhələsində 2 heç-heçə və 4 məğlubiyyət – red.) cari turnirdə tamamilə fərqli nəticə göstərir. İlk qələbə “Benfika” ilə matçda 3:2 hesabı ilə qazanılıb. Daha sonra “Kopenhagen” komandasını məğlub edib, “Çelsi” ilə hesab 2:2 olub, “Atletik”lə matçda isə məğlubiyyətə uğrayıb.

Nəşr qeyd edir ki, Azərbaycan klubu matç başına orta hesabla 2 qol göstəricisi ilə 7 xal toplayaraq “Stadio Diego Armando Maradona”ya çıxır.

“Qarabağ” Azərbaycan futbolunun ən tanınmış komandasıdır. Klub son illərdə UEFA yarışlarında ardıcıl olaraq təcrübə toplayıb və avrokuboklarda daimi iştirakçıya çevrilib. “Adzurri” (“Napoli” – red.) üçün bu, maksimum diqqət tələb edən matç olacaq, çünki qarşılarında təşkilatlanmış rəqib var”, – məqalədə bildirilib.

Xatırladaq ki, daha əvvəl İtaliyanın “Napoli” klubunun baş məşqçisi Antonio Konte də “Qarabağ”ı bu mövsüm Çempionlar Liqasının sürpriz komandası adlandırıb.

“Biz yeni çağırışa hazırlaşmalıyıq”, – o əlavə edib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Next

Onlayn qumarda əldə edilən pulu leqallaşdırmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved