Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və Rumıniya arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
SİYASƏT

Azərbaycan və Rumıniya arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

25 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rumıniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin ədliyyə naziri Radu Marinesku ilə görüşüb.

Baş Prokurorluqdan Paraqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında dinamik inkişaf edən əlaqələrdən məmnunluq ifadə olunub.

Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional təşkilatlar çərçivəsində, eləcə də iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın hüquqi bazası ətrafında fikir mübadiləsi aparıblar.

Eyni zamanda, K.Əliyev səfər çərçivəsində Rumıniya parlamenti Senatının sədr müavini Robert Cazancuiclə də görüşüb.

Senat sədrinin müavini qeyd edib ki, Rumıniya ilə Azərbaycan arasındakı əlaqələr qarşılıqlı etimad və səmimi dostluq prinsiplərinə əsaslanır. Bu çərçivədə dövlət başçılarının qarşılıqlı səfərləri, həmçinin parlamentlərarası əlaqələrin yüksək dinamikası vurğulanıb.

Baş prokuror bildirib ki, enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində birgə layihələrin icrası iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin əyani sübutudur.

Görüşlərdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

K.Əliyevin səfər çərçivəsində həmçinin Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət edərək diplomatik missiyanın heyəti ilə görüşüb, onların iş şəraiti ilə maraqlanıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xəzər Boru Kəməri Konsorsiumu Novorossiyskə PUA hücumundan sonra yük əməliyyatlarını dayandırıb

Next

Azərbaycan və Bruney liderləri bir-birilərini təbrik ediblər

Copyright 2026— Praqraf.com. All rights reserved