Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və Qazaxıstan ADY üçün lokomotivlərin istehsalını müzakirə ediblər
SİYASƏT

Azərbaycan və Qazaxıstan ADY üçün lokomotivlərin istehsalını müzakirə ediblər

25 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası çərçivəsində Azərbaycan və Qazaxıstan “Azərbaycan Dəmir Yolları” (ADY) üçün lokomotivlərin Qazaxıstan zavodunda istehsalını müzakirə ediblər.

Paraqraf.com xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları”nın mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Dəmir Yolları”nın rəhbəri Talğat Aldıbergenov Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşüb. Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə daşımaların həcminin artırılması məsələlərini və onun statusunun yüksəldilməsi ilə bağlı hökumətlərarası sazişin detalları müzakirə ediblər. Həmçinin Xəzər dənizində yükdaşıma üçün gəmilərin Azərbaycandan alınması və ADY üçün lokomotivlərin Qazaxıstan zavodunda istehsalı məsələləri də gündəmə gətirilib“, – məlumatda qeyd olunur.

Bundan əlavə, ADY-nin sədri Rövşən Rüstəmovla da danışıqlar aparılıb. Görüşdə TBNM-in inkişafı və multimodal daşımalar sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışına yekun vurulub

Next

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun növbəti oyunu keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved