Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin SAYI
MANŞET

Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin SAYI

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Hazırda Xankəndi, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdən çox sakin məskunlaşıb. Bir neçə yaşayış məntəqəsində təmir-bərpa işləri davam etdirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Paraqraf.com-a verilən məlumata görə, bu fikirləri noyabrın 24-də Xankəndi şəhərində “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Səyyar Gənclər Xidməti” layihəsinin Qarabaq Universitetində keçirilən tədbirdə Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov səsləndirib.

O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərinin sürətlə davam etdiyini, regionda infrastruktur layihələrinin də intensiv şəkildə həyata keçiridiyini, yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemlərinin qurulduğunu vurğulayıb.

Sahibkarlığın inkişafı və məşğulluğun artırılması məqsədilə həyata keçirilən sosial-iqtisadi dəstək proqramları çərçivəsində insanlara yeni iş imkanları yaradılıb.

Bundan başqa gənclərin sosial fəallığının və təhsilinin ölkənin davamlı inkişafı üçün vacibliyini qeyd edən S.Qəhrəmanov, Xankəndidə yerləşən Qarabağ Universitetinin bölgənin intellektual və sosial inkişafında xüsusi rol oynadığını vurğulayıb. Hazırda universitetdə 2000-dən çox tələbə təhsil alır və onlar müxtəlif sosial-innovativ layihələrdə iştirak edirlər.

Qeyd edilib ki, bölgənin davamlı inkişafı və sakinlərin öz doğma torpaqlarına qayıdışı məsələsi dövlətin prioritet vəzifələrindən biridir və bu tədbir də regionda gənclərin inkişafı, həm də gələcəkdəki sosial layihələr üçün mühüm bir addımdır.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Naxçıvanın Qaz İstismar Xidmətinin balansında olan aktivlər SOCAR-a veriləcək

Next

Azərbaycan XİN diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Bruneyi təbrik edib

Copyright 2026— Praqraf.com. All rights reserved