Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp Si Cinpinlə qarşılıqlı səfərlərin tarixlərini açıqlayıb
DÜNYA

Tramp Si Cinpinlə qarşılıqlı səfərlərin tarixlərini açıqlayıb

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığının təfərrüatlarını açıqlayıb.

Paraqraf.com-un məlumatına görə, bu barədə o, “Truth Social” hesabında yazıb.

“Mənim indicə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə çox yaxşı telefon danışığım olub. Biz geniş mövzuları, o cümlədən Rusiya-Ukrayna müharibəsini, fentanil, soya və digər kənd təsərrüfatı məhsulları və daha çox şeyləri müzakirə etdik. Böyük fermerlərimiz üçün yaxşı və çox vacib bir müqavilə bağladıq və bu, daha da yaxşı olacaq. Çinlə münasibətlərimiz müstəsna dərəcədə güclüdür!”, – paylaşımda deyilir.

Tramp əlavə edib ki, Si Cinpin 2026-cı ildə ABŞ-yə dövlət səfəri edəcək: “Prezident Si məni aprel ayında Pekinə səfərə dəvət etdi və mən də bunu qəbul etdim. O da ilin sonunda ABŞ-da dövlət səfəri ilə qonağım olacaq. Biz müntəzəm ünsiyyət qurmağın vacibliyi barədə razılığa gəldik və mən bunu səbirsizliklə gözləyirəm”,- deyə Tramp əlavə edib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan millisinin 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Next

Türkiyədə yanacaqdaşıyan maşınla avtobus toqquşub, 14 nəfər yaralanıb

Copyright 2026— Praqraf.com. All rights reserved