Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/İmtahan sessiyasında yenilik: Mingəçevir Dövlət Universitetində imtahanlar elektron formada olacaq
ELM VƏ TƏHSİL

İmtahan sessiyasında yenilik: Mingəçevir Dövlət Universitetində imtahanlar elektron formada olacaq

24 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Mingəçevir Dövlət Universitetində (MDU) tədris prosesinin müasirləşdirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində növbəti addım atılır. Belə ki, 2025/2026-cı tədris ilinin payız semestrindən etibarən bakalavriat və magistratura səviyyələrində müxtəlif qrupları əhatə edən ümumilikdə 15 imtahan pilot layihə çərçivəsində kompüter vasitəsilə elektron formada təşkil ediləcəkdir..

Cari tədris ilinin payız semestrindən etibarən “Proqramlaşdırmanın əsasları”, “Proqramlaşdırma dilləri-2”, “Müasir proqramlaşdırma dilləri və texnologiyaları”, “Kompüter arxitekturası”, “Elektronikanın əsasları”, “Dövrlər nəzəriyyəsi”, “STEM-1”, “STEM-2” və “İnformasiya təhlükəsizliyi” fənlərində sessiya imtahanları xüsusi proqram təminatı vasitəsilə elektron formada keçiriləcək.
Elektron imtahan formatı tələbələrin biliklərinin ölçülməsini daha səmərəli edir, nəticələrin emalını sürətləndirir, imtahan prosesinin müasir texnologiyalar əsasında aparılmasına şərait yaradır, prosesdə obyektivlik və şəffaflığın təmin olunmasına imkan verir və universitetin rəqəmsal transformasiya strategiyasının həyata keçirilməsinə töhfə verir.
Bu formatda tələbələrə suallar elektron ekranda təqdim olunur və onlar cavablarını klaviatura vasitəsilə mətn formasında yazırlar. Sistem bütün cavabları avtomatik yadda saxlayır və imtahan başa çatdıqda cavablar ayrıca fayl şəklində formalaşdırılaraq müəllimə təqdim olunur. Açıq suallar yazılı imtahan modelində (Compüter-based written) müəllim cavabları elektron sistem üzərindən oxuyub qiymətləndirir ki, bu da həm imtahan prosesində operativliyi artırır, həm də qiymətləndirmədə şəffaflığı təmin edir.
Bu yenilik tələbələr üçün bir sıra üstünlüklər yaradır: sualların və tapşırıqların sistemli şəkildə təqdim edilməsi imtahan prosesini daha rahat edir, cavabların daxil edilməsi və yoxlanılması sürətlənir, nəticələrin qısa müddətdə açıqlanması mümkün olur, tələbələrin rəqəmsal bacarıqları və texnoloji mühitə adaptasiyası isə daha da güclənir.
Pilot mərhələnin nəticələri təhlil edildikdən sonra rəqəmsal imtahan modelinin digər fənlər və proqramlar üzrə də mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır. Bu addım MDU-da tədrisin yenilənməsinə, innovativ yanaşmaların tətbiqinə və tələbəyönümlü mühitin gücləndirilməsinə xidmət edən mühüm yeniliklərdən biri kimi dəyərləndirilir.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib – FOTOLAR

Next

Bakının üç rayonunun bəzi ərazilərində qaz olmayacaq

Copyright 2026— Praqraf.com. All rights reserved