Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib
CƏMİYYƏT

Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta ehtiyatlarının diversifikasiya strategiyası çərçivəsində 2021-ci ilin mart ayında Beynəlxalq Hesablaşmalar Bankı (BHB) tərəfindən yaradılmış, ABŞ dollarında denominasiya olunmuş Yaşıl İstiqraz Fonduna investisiya edib.

Paraqraf.com xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımovun “Central Banking” onlayn jurnalında dərc olunan məqaləsində qeyd edilib.

O bildirib ki, Fond Yaşıl İstiqraz Prinsipləri və İqlim İstiqrazı Təşəbbüsü tərəfindən müəyyən edilmiş İqlim İstiqraz Standartı kimi tanınmış meyarlarla müəyyən olunan ciddi ekoloji standartlara cavab verən yüksək keyfiyyətli “yaşıl istiqrazlar”dan ibarətdir: “Fond mərkəzi bankların “yaşıl aktiv”lərə investisiyalarını “yaşıl aktiv”lərdə birləşdirir, onları suveren “yaşıl istiqraz”lar, beynəlxalq maliyyə təşkilatları tərəfindən buraxılmış istiqrazlar və minimum “A-” və ya ekvivalent kredit reytinqli “yaşıl istiqraz”ları ehtiva edən diversifikasiya olunmuş portfelə investisiya edir.

AMB Yaşıl İstiqraz Fondunda iştirakı vasitəsilə iqliməyararlı və ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsinə töhfə verir, qlobal səviyyədə daha “yaşıl” və daha dayanıqlı iqtisadiyyata keçidi dəstəkləyir”.

T.Kazımovun sözlərinə görə, bununla yanaşı, AMB aparıcı mərkəzi bankların təcrübələrindən faydalanaraq “yaşıl pul” siyasəti alətlərinin tətbiqi imkanlarını fəal şəkildə araşdırmaqdadır: “Bu alətlərin tam inkişafı üçün mövcud şərait hələ optimal olmasa da, AMB makroiqtisadi mühitdə dəyişikliklərə müvafiq olaraq zəruri addımları atmağa hazırdır”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ramin Məmmədov Azərbaycan Bəhailəri Dini Mərkəzinin fəaliyyəti ilə tanış olub

Next

Azərbaycan və Estoniya dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved