24 Sen 2026, Ca

Ukrayna Belarusdan 30-dan çox ukraynalının qayıtdığını təsdiqlədi

PAYLAŞIN:

Ukrayna Belarus Prezidentinin mətbuat katibi Nataliya Eysmontun daha əvvəl bildirdiyi kimi, Belarusdan 31 ukraynalının qayıtdığını təsdiqləyib.

Paraqraf.com xəbər verir ki, bu barədə Ukrayna hərbi əsirlərlə rəftar üzrə Koordinasiya Qərargahının mətbuat xidmətindən məlumat verib.

Qeyd edilib ki, söhbət Belarus ərazisində saxlanılan və 2 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş kişi və qadınlardan gedir. Qərargahın məlumatına görə, azadlığa buraxılan ən gənc ukraynalı qadının 18, ən böyüyünün isə 58 yaşı var.

Paraqraf.com

Loading