Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Çili ABŞ-yə nota verdi
DÜNYA

Çili ABŞ-yə nota verdi

22 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Çilinin Xarici İşlər Nazirliyi ABŞ səfirliyinə etiraz notası təqdim edib. Buna səbəb ABŞ-nin yeni təyin olunmuş diplomatik missiya rəhbəri Brendon Caddın Cənubi Amerika ölkəsinin daxili işləri ilə bağlı dediyi sözlər olub.

Paraqraf.com TASS-a istinadən xəbər verir ki, nazirlik bu barədə öz saytında məlumat verib.

Çilinin xarici işlər naziri Alberto van Klaveren diplomatın sözlərini “yersiz və uğursuz” adlandırıb.

“Bundan əlavə, biz hesab edirik ki, onun ölkəmizdəki daxili siyasi proseslərlə bağlı açıqlamaları dövlətimizin daxili işlərinə müdaxilə deməkdir və biz etiraz notası ilə bu mövqeyimizi ona çatdırdıq”, – deyə nazir qeyd edib.

Brendon Cadd iki həftədən az müddətdir ki, Çilidədir. Burada keçiriləcək prezident seçkisinin ikinci turu ilə bağlı mətbuat konfransında şərh verən diplomat bildirib ki, ABŞ çilililərin seçdiyi istənilən hökumətlə əməkdaşlıq edəcək, lakin ideoloji cəhətdən yaxın olan bir hökumətlə işləmək daha asan olacaq.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Cey Di Vens ABŞ-nin Ukrayna ilə bağlı planını tənqid edənlərə cavab verdi

Next

Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

Copyright 2026— Praqraf.com. All rights reserved