Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Nazir: “Ən zəif göstəricilər ibtidai sinif müəllimləri arasında qeydə alınıb”
CƏMİYYƏT

Nazir: “Ən zəif göstəricilər ibtidai sinif müəllimləri arasında qeydə alınıb”

21 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Aparılan ölçmələr ibtidai sinfin sonunda şagirdlərin 40-50 faizinin V-VI sinif səviyyəsindəki məzmunu qavramağa hazır olmadığını göstərir”.

Paraqraf.com xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev İTV-də yayımlanan “Diqqət mərkəzi” verilişində çıxışı zamanı bildirib.

O, ibtidai təhsil üzrə vəziyyətin narahatedici olduğunu bildirib.

E.Əmrullayev vurğulayıb ki, sertifikatlaşdırma imtahanlarının nəticələri də bu tendensiyanı təsdiqləyir: “Ən zəif göstəricilər ibtidai sinif müəllimləri arasında qeydə alınıb”.

Nazir bunun səbəblərindən birinin ibtidai təhsilin məzmunundakı sistemli problemlər olduğunu deyib.

Onun sözlərinə görə, ibtidai təhsil Azərbaycanda hələ də yalnız bir müəllimin tədris etdiyi “başlanğıc sinif” kimi qəbul edilir, halbuki bu mərhələ uşaqlar üçün əsas baza təhsilini formalaşdırmalıdır.

Nazir şagirdlərdə xüsusilə oxuyub-anlama bacarıqlarının inkişafında çətinliklərin olduğunu bildirib və mövcud yanaşmanın dəyişdirilməsinin vacibliyini vurğulayıb:

“Biz artıq “uşaq bir dəqiqədə neçə söz oxuyur” meyarından imtina edib, “uşaq oxuduğunu dərk edirmi” sualına yönəlməliyik”.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya-Ukrayna münaqişəsinin mümkün bitmə tarixi açıqlandı

Next

Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik sülh planı – TAM MƏTN

Copyright 2026— Praqraf.com. All rights reserved