Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/ADEA-nın İdarə Heyəti sədrinin müavini Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın 4-cü iclasında iştirak edib
CƏMİYYƏT

ADEA-nın İdarə Heyəti sədrinin müavini Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın 4-cü iclasında iştirak edib

21 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyini (ADEA) İdarə Heyəti sədrinin müavini Zaur Abişev təmsil edib. Çıxış edən Z.Abişev qeyd edib ki, sürətlə dəyişən dünyada yaranan yeni çağırışlar və risklər daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması üçün dövlət ehtiyatlarının yaradılmasını vacib edib: “Arzuolunmaz hadisələr və bunun yarada biləcəyi risklərdən qorunmaq, həmçinin ölkənin dayanıqlılığını və iqtisadi sabitliyini təmin etmək üçün dövlət ehtiyatlarının yaradılması və səmərəli idarə olunması zəruridir”.

Agentliyin rolundan danışan Z.Abişev bildirib ki, əsas məqsəd strateji əhəmiyyətli mallar üçün daha dayanıqlı və səmərəli təchizat zənciri qurmaq, daxili bazarın qısamüddətli təsirlərə qarşı müqavimətini gücləndirmək və fövqəladə hallar zamanı əhalinin zəruri ehtiyaclarının qarşılanmasını təmin etməkdir. Agentlik rəsmisi, həmçinin İsrailin bu sahədəki qabaqcıl təcrübəsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıb.

Qeyd edək ki, iclasda ikitərəfli əlaqələr, təchizat zəncirinin davamlılığının təmin edilməsi, tənzimləyici tədbirlərin tətbiqi, qabaqcıl təcrübələrin öyrənilməsi istiqamətində müzakirələr aparılıb. Həmçinin, səfər zamanı Z.Abişevin İsrailin müxtəlif əlaqəli qurumlarının rəsmiləri ilə ikitərəfli görüşləri keçirilib.

Yekunda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Dördüncü İclasının Protokolu imzalanıb.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Valideynlər uşaqlarını niyə sığınacaqlara yerləşdirirlər? – AÇIQLAMA

Next

Tramp Rusiya–Ukrayna arasında sülhü bərqərar edə biləcəkmi? – AÇIQLAMA

Copyright 2026— Praqraf.com. All rights reserved