Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Zelenski Ərdoğanla görüşəcək
DÜNYA

Zelenski Ərdoğanla görüşəcək

19 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün (noyabrın 19-da) Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqları üçün Türkiyəyə səfər edib.

Bu barədə Paraqraf.com “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenskini Prezident iqamətgahında rəsmi mərasimlə qarşılayacaq, ikitərəfli görüş və işgüzar yeməkdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Bu diplomatik təmas Zelenskinin may ayında Ankaraya səfərindən bəri iki lider arasında ilk üzbəüz görüş olacaq. Türkiyənin vasitəçilik rolu müharibənin gedişatı baxımından böyük əhəmiyyət daşıyır. İki lider arasında bu vacib görüş davam edən Rusiya-Ukrayna müharibəsində diplomatiya üçün yeni bir qapı aça bilər.

Həmçinin Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Burhanettin Duran öz “X” hesabında etdiyi paylaşımda görüşlə bağlı açıqlama verib:

“Ankarada baş tutacaq danışıqlarda Ukrayna ilə ikitərəfli gündəmdəki məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsi ilə bağlı əldə edilən irəliləyişlər, İstanbul prosesi başda olmaqla, atəşkəsə nail olunması və dayanıqlı həll yoluna yönəlmiş səylərin müzakirəsi gözlənilir”.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sürücülərin NƏZƏRİNƏ: Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkətin təşkili dəyişir

Next

KİV: ABŞ Ukrayna münaqişəsinə soy qoymaqla bağlı yeni plan hazırlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved