Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Qəhrəman Tərtərdə anlamlı görüş günü
CƏMİYYƏTMANŞETÖZƏL

Qəhrəman Tərtərdə anlamlı görüş günü

19 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

19 noyabr 2025-ci il tarixində Tərtər rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızının təşkilatçılığı ilə mənalı bir görüş keçirildi.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzrə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov iştirakçıları salamlayaraq Tərtər Rayon İcra başçısı Müstəqim Məmmədovun səmimi ürək sözlərini çatdırdı. O, igid şəhidlərimizin əziz xatirəsinin hər zaman ehtiramla yad olunduğunu vurğuladı.

Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova tədbir iştirakçılarına minnətdarlığını bildirib, onları Zəfər bayramı münasibətilə təbrik etdi. Tərtər Olimpiya Mərkəzinin “Savat” idman növü üzrə baş məşqçisi və “Əlbəyaxa döyüş” üzrə Aran bölgəsinin rəhbəri Ruhi Hüseynov isə qəhrəman oğullarımızla qürur duyduğunu xüsusi qeyd etdi.

Şəhidlər İlqar Əhmədovun və Ramil Rəhimovun anası, vətənpərvər Leyla Əhmədova göstərilən diqqət və qayğıya görə İcra başçısına, rayon ictimaiyyətinin nümayəndələrinə, Heydər Əliyev Mərkəzinin rəhbərliyinə və bütün kollektivə dərin minnətdarlığını bildirdi.

Görüşün sonunda Raziyə Kamilqızının kitabları və şəhid İlqar Əhmədovun çəkdiyi rəsmlər Heydər Əliyev Mərkəzinə təqdim olundu. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.

Türkan Səfərova

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çörəyin dəyəri və ruzinin bərəkəti

Next

AMB: “Rəqəmsal fırıldaqçılıqların 90 faizi müştərilərin manipulyasiya olunması yolu ilə baş verir”

Copyright 2026— Praqraf.com. All rights reserved