PAYLAŞIN:

Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusu təmirə bağlanacaq.

Paraqraf.com-un məlumatına görə, təmir yşləri 2026-cı ilin yanvar ayından başlanacaq.

Mənbə bildirilib ki, sözügedən binada tədris alan tələbələr payız semestrinin imtahan sessiyasını universitetin müxtəlif korpuslarında yekunlaşdıracaq.

Məlumata görə, tələbə-müəllim heyətinin Bakı Asiya Universitetinin binasına köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, 1 saylı tədris binasında BDU-nun “Beynəlxalq münasibətlər və iqtisadiyyat”, “Filologiya”, “Hüquq” fakültələrinin 3000-ə yaxın tələbəsi təhsil alır.

 

Paraqraf.com

Loading