Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olundu
CƏMİYYƏT

Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olundu

19 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən İsrafil Məmmədova tam uyğun gəlib.

Paraqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin operativ fəaliyyəti nəticəsində məlumat dərhal transplantasiya komandasına ötürülüb. Mərkəzi Klinikanın Transplantasiya şöbəsində transplantoloq-cərrah Tariyel Nadirovun rəhbərlik etdiyi cərrah və nefroloqlardan ibarət komanda yüksək peşəkarlıqla çalışaraq donor böyrəyini uğurla köçürüb.

Əməliyyatdan cəmi bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti stabilləşib və o, uzun illər davam edən dializ yükündən azad halda evə buraxılıb.

“Həkim olaraq demək istəyirəm ki, orqan nəqli həqiqətən möcüzədir – biz bu möcüzəyə hər gün şahidlik edirik. Donor ailələrinə, əməliyyatda və donorluq prosesində əməyi olan hər kəsə, xüsusilə də Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin kollektivinə və mərkəzin rəhbəri Yeganə Abbasovaya təşəkkür edirəm”, – deyə Tariyel Nadirov bildirib.

“Donor ailəsinin göstərdiyi nəciblik, həkim komandasının peşəkarlığı və koordinasiya sisteminin operativliyi sayəsində daha bir insan sağlamlığına qovuşub. Bu uğurlu əməliyyat orqan donorluğunun cəmiyyət üçün nə qədər böyük dəyər daşıdığını xatırladır və bir daha göstərir ki, bir insanın verdiyi həyat hədiyyəsi başqa bir insanın yaşamasına imkan yaradır”, – nazirliyin məlumatında qeyd edilib.

Xatırladaq ki, bir müddət əvvəl meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib!

Next

KİV: Uitkoff və Yermak arasında danışıqlar nə üçün baş tutmayıb?

Copyright 2026— Praqraf.com. All rights reserved