Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/OFAC: “Rosneft” və “Lukoil”a qarşı sanksiyalar Rusiya neftini ucuzlaşdırıb”
DÜNYA

OFAC: “Rosneft” və “Lukoil”a qarşı sanksiyalar Rusiya neftini ucuzlaşdırıb”

18 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (Office of Foreign Assets Control – OFAC) Rusiyanın “Rosneft” və “Lukoil” neft şirkətlərinə qarşı ABŞ sanksiyalarının effektivliyini təhlil edib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyinin materialında bildirilib.

OFAC hesab edir ki, 22 oktyabrda tətbiq edilən sanksiyalar Rusiya neftinin qiymətini aşağı salmaqla, ölkənin gəlirlərinə təsir edib. Bu da öz növbəsində Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək qabiliyyətini də azaldır.

Qeyd olunur ki, Rusiya xam neftinin bir neçə əsas növü uzun müddətdir minimal qiymətə satılır, Hindistan və Çinin onlarla nəhəng şirkəti isə dekabr ayında Rusiya neftinin alışını dayandırmaq niyyətində olduğunu açıqlayıb.

“Reuters” qeyd edir ki, Novorossiysk limanında yüklənmək üçün nəzərdə tutulan “Urals” neftinin 1 bareli 12 noyabrda 45.35 dollara satılıb ki, bu da 2023-cü ilin mart ayından bəri ən aşağı səviyyə olub. Noyabrın 17-nə qiymət bir barel üçün 47.01 dollara yüksəlib.

Müqayisə üçün, sənaye etalonu olan “Brent” markalı neftin qiyməti noyabrın 12-də 62.71 dollar, 17-də isə 64.03 dollar olub.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Güclü gələcəyin əsas şərti: qızların təhsil problemi

Next

Nazirlik rəsmisi: “Qida yolu ilə dabaq virusunun insan orqanizminə keçməsi mümkün deyil”

Copyright 2026— Praqraf.com. All rights reserved