22 Sen 2026, Ça

“Google” şirkətinin rəhbəri müasir süni intellekt texnologiyalarını tənqid etdi

PAYLAŞIN:

“İnsanlar süni intellektin cavablarına tənqidi yanaşmalı və əlavə məlumat mənbələrindən istifadə etməlidirlər”.

Paraqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “Google” şirkətinin baş direktoru Sundar Piçai BBC-yə müsahibəsində bildirib.

“Biz bu vasitələrdən faydalı olacaq sahələrdə istifadə etməyi öyrənməliyik. Süni intellektin dediklərinə kor-koranə etibar etməməliyik. Bu texnologiyalar səhvlərə meyillidir”, – deyə “Google”un rəhbəri tənqidi fikirlər səsləndirib.

Piçai süni intellekt texnologiyalarının özləri də daxil olmaqla bütün böyük şirkətlərə zərər vuracağını da qabardıb.

Paraqraf.com

Loading