Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/FHN-in dəstəyi ilə ekspert missiyası keçirildi
CƏMİYYƏT

FHN-in dəstəyi ilə ekspert missiyası keçirildi

18 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Fövqəladə Hallar Nazirliyi (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) dəstəyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən nüvə hüququ sahəsində beynəlxalq sənədlərə və əsas tələblərə həsr olunmuş maarifləndirici ekspert missiyası keçirilib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, missiyanın məqsədi nüvə və radiasiya təhlükəsizliyi sahəsində beynəlxalq hüquqi sənədlər, onların tətbiqindən irəli gələn öhdəliklər və vahid milli qanunvericiliyin əsas elementləri barədə qərar qəbul edən şəxslərə ətraflı məlumat vermək, maraqlı tərəflərin iştirakı ilə milli seminar və aidiyyəti qurumlarla ikitərəfli görüşlər keçirmək olub.

Müxtəlif dövlət qurumlarından 50 nəfərdən çox əməkdaşın iştirak etdiyi tədbirdə üç günlük proqram çərçivəsində AEBA ekspertləri beynəlxalq hüquqi sənədlər, onların tətbiqi mexanizmləri və üzv dövlətlərin öhdəlikləri barədə əhatəli təqdimatlar ediblər. Tədbirdə, həmçinin nüvə və radiasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyət, beynəlxalq tələblər və gələcək prioritetlər geniş müzakirə olunub, nüvə texnologiyalarının tətbiqi üzrə görülən işlər və bu sahədə çalışan mütəxəssislərin peşəkar potensialının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin son günü NRFTDA və AEBA nümayəndələri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları ilə ikitərəfli görüşlər keçirilib və müzakirələr aparılıb.

Ölkəmizdə nüvə və radiasiya təhlükəsizliyinin tənzimlənməsi infrastrukturu və normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində aparılan işlər fonunda təşkil olunan ekspert missiyası mövzu ilə bağlı faydalı müzakirələrin və gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə şərait yaradıb.

Qeyd edək ki, AEBA-nın fəaliyyət istiqamətlərindən biri üzv ölkələrdə qanunvericiliyin təkmilləşdirilməsinə dəstək göstərməkdir. Bu məqsədlə hər il AEBA-nın Hüquq Departamenti ilə üzv dövlətlər arasında ehtiyaclara uyğun olaraq “Qanunvericilik üzrə iş planı” qəbul edilir. Bakı şəhərində keçirilən ekspert missiyası da məhz həmin təşəbbüsün tərkib hissəsi kimi təşkil edilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bu qəsəbələrdə 1 saat işıq olmayacaq

Next

Güclü gələcəyin əsas şərti: qızların təhsil problemi

Copyright 2026— Praqraf.com. All rights reserved